Sosial şəbəkələrdə Amin və Bayramla bağlı kampaniya başladıldı

Sosial şəbəkələrdə Amin və Bayramla bağlı kampaniya başladıldı
SOSİAL
17:17 20.11.2020
1561
Əsir düşən Amin və Bayramla bağlı sosial şəbəkələrdə kampaniya başladılıb.

AZXEBER.COM xəbər verir ki, #bringbackamin#bringbackbayram haştaqları ilə başladılan kampaniyada aşağıdakı sözlər qeyd edilib: 

Əziz dostlar, erməni əsirliyində olan Amin və Bayram qardaşlarımız haqda hər biriniz məlumatlısınız. 
 
Noyabrın 12-də "ANNA News” YouTube kanalında Aminə rus jurnalisti tərəfindən tibbi yardımın göstərilməsi ilə bağlı video paylaşılıb. 

Bir neçə gün sonra isə erməni şərəfsizlər özlərini ifşa edərək, Aminə işgəncə verilməsi ilə bağlı görüntülər yayımlayıb.

İndi də ermənilər vicdansızcasına elan ediblər ki, onlarda Amin və Bayram adında əsir düşmüş şəxs yoxdur! 

Biz də buna cavab olaraq sosial şəbəkələrdə #bringbackAmin və #bringbackBayram hashtagi ilə kampaniya başlatmağa qərar verdik. 

Məsələnin araşdırılması üçün paralel olaraq Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət ediləcək. Qardaşlarımızı geri qaytarmaq üçün hər birimiz səfərbər olmalıyıq.

 


OXŞAR XƏBƏRLƏR