Sosial şəbəkələrdə yeni təhlükə: Azyaşlılar “mükəmməl görünüş” yarışında

Sosial şəbəkələrdə yeni təhlükə: Azyaşlılar “mükəmməl görünüş” yarışında
SOSİAL
12:05 12.06.2026
232
Sosial şəbəkələrdə makiyaj videoları paylaşaraq böyük auditoriya qazanan 13 yaşlı britaniyalı Ellie Mayin hekayəsi ictimai müzakirələrə səbəb olub.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, TikTok başda olmaqla müxtəlif platformalarda yüzlərlə azyaşlı qız makiyaj və dəriyə qulluq məzmunu paylaşır.

Ellie May qısa müddətdə sosial mediada populyarlıq qazanaraq 340 mindən çox izləyici toplayıb. Onun və digər azyaşlı fenomenlərin fəaliyyəti ekspertlərin diqqətini çəkib.

Mütəxəssislər bildiriblər ki, uşaqların erkən yaşlardan "qüsursuz dəri" əldə etmək istəyinə aludə olması həm psixoloji, həm də fiziki problemlərə yol aça bilər.

Ekspertlərin sözlərinə görə, sosial şəbəkələrdə yayılan gözəllik standartları uşaqlarda öz görünüşündən narazılıq, özünəinamın azalması və müxtəlif psixoloji gərginliklər yarada bilər. Bundan əlavə, yaşa uyğun olmayan kosmetik vasitələrin istifadəsi dəri sağlamlığına da mənfi təsir göstərə bilər.

 
Aysel
OXŞAR XƏBƏRLƏR