'Sosial Təşəbbüslər Düşərgəsi' layihəsinin bağlanış mərasimi keçirilib

GƏNCLİK
15:20 21.08.2013
1626
Gənclərin sosial təşəbbüslərinin həyata keçirilməsinə dəstək olaraq "İRƏLİ"Tədqiqatlar və Araşdırmalar Mərkəzitərəfindən başladılan “Sosial Təşəbbüslər Düşərgəsi” layihəsinin 21 avqust tarixində bağlanış mərasimi keçirilib.
AZXEBER.COM-un məlumatına görə, mərasimi giriş sözü ilə açan “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev “İRƏLİ”nin hər zaman öz fəaliyyətində gənclərin istək və təşəbbüslərini xüsusi olaraq nəzərə aldığını qeyd edib. Rauf Mərdiyev bildirib ki, gənclər tərəfindən maraqlı ideyalar irəli sürülüb və qısa zamanda “İRƏLİ” layihələrin reallaşdırılmasında gənclərə dəstək olacaq.
Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Ayaz Salmanov öz çıxışında gənclərin layihədə əldə etdikləri biliklərin gələcək karyeralarında və cəmiyyət üçün müsbət təsir bağışlayacağını qeyd edib.
“İRƏLİ” Tədqiqatlar və Araşdırmalar Mərkəzinin rəhbəri Kəmaləddin Nəzərli və təlimçi Fərid Cəfərov layihənin əhəmiyyətindən söz açıb və iştirakçılara uğurlar arzu ediblər.
Daha sonra “Sosial Təşəbbüslər Düşərgəsi” layihəsinin iştirakçılarına sertifikatlar təqdim edilib.
Qeyd edək ki, 3 gün davam edən layihədə gənclər bir araya gələrək müxtəlif sosial ideyaların müzakirəsi, təşəbbüslərin formalaşdırılması istiqamətində çalışıb, təlimlər və bir sıra praktiki oyunlarda iştirak ediblər. İştirakçılar hər birində 6 nəfər olmaqla 5 komandaya - “22-ci əsr”, "Creative youth", “Fəal gənclər", “Uğur” və “Brainstorm” ayrılaraq hazırladıqları Qarabağ inciləri, Speed kills, Mən və karyeram, Yaşıl bina, Gender tarazlığı, QİÇS-ə yox!, Velohealth, Dumansız həyat, Gülmək sənə yaraşır və 31 qəpik layihələrin təqdimatlarını keçiriblər.
Sonda layihənin yekunu ilə bağlı video çarx nümayiş etdirilib və xatirə şəkili çəkdirilib.

OXŞAR XƏBƏRLƏR