Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə Suriya Ərəb Respublikasının Xarici İşlər və Mühacirlər Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Konsulluq idarəsinin rəisi Emil Səfərov, Suriya nümayəndə heyətinə isə Konsulluq idarəsinin r...