İmişlidə yonca sahələri məhv ola bilər – Fermerlər narahatdırlar - VİDEO
Mil-Muğan bölgəsində yonca sahələrində bu hal son 3-4 ildə müşahidə olunur. Hər il ilk biçim yonca belə təhlükə ilə üz-üzə qalır. Fitonomus həşəratları yalnız yonca bitkisi ilə qidalanır və yonca sahəsini demək olar məhv edib yoxa çıxardır.
Bu zərəvericilərin yayılması o qədər güclüdür ki, bir hektar sahənin 70-80 faizə qədərini məhv edə bilir. Yeni əkilmiş sahələr isə zərif olduğundan həmin ər...