"Sotomayora bir milyon verilməyib ki, ölkəsinə aparsın"

"Sotomayora bir milyon verilməyib ki, ölkəsinə aparsın"
İDMAN
17:25 07.10.2016
1260
 
Sotomayor sabah Bakıya qayıdır və onun ölkədən 1 milyon dollar çıxardığına dair xəbərlər həqiqətə uyğun deyil. 
Bunu açıqlamasında Azərbaycan Boks Federasiyasının baş katib Nağı Səfərov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 64 kq çəki dərəcəsində gümüş medal qazanmış Lorenso Sotomayorun bir müddət əvvəl 1 milyon manatla Azərbaycandan ölkəsi Kubaya qayıtdığına dair xəbərlərə münasibət bildirərkən deyib. 

N.Səfərov kubalı legionerin bu qədər vəsaiti Azərbaycandan kənara aparmasının qanunla qeyri-mümkün olduğunu deyib: "Azərbaycan qanunlarına əsasən, heç kəs ölkədən 10 min dollardan artıq pul apara bilməz. Axı Sotomayor bir milyonu necə çıxara bilər? Bundan əlavə, Sotomayora bir milyon verilməyib ki, aparsın. Heç olimpiya çempionuna o qədər pul verilmir. Bu, reallığı əks etdirmir və belə xəbərlərə fikir vermək lazım deyil".

Baş katib nəinki Sotomayorun, "Rio-2016"da çıxış etmiş boksçulardan heç birinin hələ karyerasını başa vurmaq istəmədiyini deyib: "Bir dəfə Alber Səlimov belə bir söz demişdi. Yaşla əlaqədar getmək istədiyini bildirmişdi. Amma hələ dəqiq heç nə yoxdur. Azərbaycanlı idmançıların zəif olduğu çəkidə legionerə ehtiyac duyulur. Bizdə də Məhəmmədrəsul Məcidovun çəkisi elə idi. Ümumiyyətlə, bütün dünyada ağır çəkili boksçular çətin tapılır".

Federasiya rəsmisi baş məşqçi Pedro Rokun yığmadakı aqibəti barədə də danışıb: "Təxminən 10 günə bu barədə qərar veriləcək. Baş məşqçi ilə yollar ayrıla da bilər. Ola bilsin, getməsinlər, qalsınlar. Hər olimpiya tsiklində baş məşqçi ilə yeni müqavilə bağlanılır. İndi necə olacaq, müqavilə imzalanacaq, ya yox, buna qərar veriləcək". 

Qeyd edək ki, kubalı Pedro Rokun rəhbərliyi altında Azərbaycan boksçuları "Rio-2016"da 2 medal qazanıb. Lorenso Sotomayor (64 kq) gümüş, Kamran Şahsuvarlı (75 kq) bürünc medala sahib olub. 
///report
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
12:07 08.06.2026
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
12:04 08.06.2026
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
11:55 08.06.2026
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
11:53 08.06.2026
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
11:44 08.06.2026
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
11:28 08.06.2026
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
11:28 08.06.2026
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
11:20 08.06.2026
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
11:19 08.06.2026
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
11:14 08.06.2026
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
11:11 08.06.2026
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
11:07 08.06.2026
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
10:57 08.06.2026
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
10:45 08.06.2026
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
10:25 08.06.2026
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
10:24 08.06.2026
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır