Şou zamanı gimnast insanların gözü qarşısında hündürlükdən yıxıldı - VİDEO

DÜNYA
22:27 29.12.2019
6638
Yeni il şousu zamanı gimnast hündürlükdən başı aşağı düşüb. Hadisə Rusiyanın Vladivostok şəhərində baş verib.

Bu barədə yerli VL.ru portalı məlumat yayıb.

Sosial şəbəkələrdə hadisənin görüntüləri yayımlanıb. 

İlkin versiyaya görə, 30 yaşlı qız akrobatik fənd zamanı səhvə yol verib. O, təcili yardımla reanimasiya şöbəsinə aparılıb. Gimnastın vəziyyəti barədə heç nə məlum deyil.

Sirk rəhbərliyi hadisəni təsdiqləyib, lakin rəsmi açıqlama verməkdən imtina edib.
 
///oxu.az

OXŞAR XƏBƏRLƏR