Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb

Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
DÜNYA
17:52 12.05.2025
388
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə hərbi xidmət müqaviləsi 2030-cu ilə qədər uzadılıb.

Bu barədə Rusiya Təhlükəsizlik Şurası aparatının mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Şoyqu 2012-ci ildən 2024-cü ilə qədər Rusiyanın müdafiə naziri vəzifəsini tutub. 2024-cü ilin mayın 12-dən RF Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışır.
OXŞAR XƏBƏRLƏR