Soyuq hava şəraiti sabah da davam edəcək

Soyuq hava şəraiti sabah da davam edəcək
Bütün Xəbərlər
13:41 25.11.2014
996

Rayonlarda sulu qar, qar yağacağı gözlənilir

Bakı və Abşeron yarımadasında noyabrın 26-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı ehtimal olunur. Mülayim şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindənverilən məlumata görə, havanın temperaturunun gecə 4-6, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 765 mm sütununa düşəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 26-da hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Yaxın 2 gün ərzində ölkə ərazisində qeyri-sabit, soyuq, fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.

OXŞAR XƏBƏRLƏR