Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiyə edirlər.
Xəstəliyin ilkin mərhələsində virus orqanizmdə aktiv şəkildə çoxalır və ətrafdakılara da yayıla bilər. Bu səbəbdən işə və ya dərsə davam etmək həm digər insanları yoluxdurmaq riskini artırır, həm də sağalma prosesini uzada bilər.
Hərarət yüksəldikdə uyğun qızdırmasalıcı vasitələrdən istifadə etmək mümkün olsa da, antibiotik və virusəleyhinə preparatları həkim məsləhəti olmadan qəbul etmək tövsiyə edilmir. Düzgün müalicə üçün əvvəlcə xəstəliyin səbəbi müəyyənləşdirilməlidir.
Mütəxəssislər həmçinin qrip mövsümündən əvvəl peyvənd olunmağın əhəmiyyətini xatırladırlar. Qripə yoluxma hallarının artdığı dövr adətən noyabrdan mart ayına qədər davam edir.
Qeyd edək ki, yüksək və ya uzunmüddətli hərarət, nəfəs darlığı, sinə ağrısı və ya vəziyyətin kəskin pisləşməsi olduqda tibbi yardım almaq vacibdir.
/Baku.ws











































