xari

ÜST koronavirus xəstələrinin nə qədər müddətə yoluxucu qaldığını açıqladı

SAĞLAMLIQ
09:56 18.01.2021
274
Koronavirusa yoluxmuş insanların çoxu simptomlar ortaya çıxdıqdan sonra səkkiz-doqquz gün ərzində yoluxucu ola bilər.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vujnoviç "Rossiyskaya Qazeta” ya verdiyi müsahibədə bildirib.

"Yoluxucu olmaq üçün canlı virus yaymalısınız. İlkin araşdırmalara görə, əksər xəstələr simptomların başlanmasından sonra, yalnız səkkiz-doqquz günə kimi yoluxucu olur. Ancaq bu yoluxuculuq dövrü ağır xəstələrdə daha uzun ola bilər”, - deyə Vuynoviç əlavə edib.

Qeyd edək ki, ÜST xəstə insanlarla təmasda olan hər kəs üçün 14 günlük karantində olmalıdır. Bu addım inkubasiya dövrünün uzunluğuna əsaslanır.

OXŞAR XƏBƏRLƏR