ÜST nümayəndəsi koronavirusun yeni növünün pandemiyaya təsirindən danışdı

ÜST nümayəndəsi koronavirusun yeni növünün pandemiyaya təsirindən danışdı
SAĞLAMLIQ
13:10 22.12.2020
685
Koronavirusun yeni növü pandemiyanı dəyişdirməyəcək.

"RİA Novosti”nin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya Federasiyasındakı nümayəndəsi Melita Vuynoviç bəyan edib.

O, "Russia 24” kanalında jurnalist Nailə Əsgərzadəyə verdiyi müsahibəsində - "Bu anda, virusun davranışını, hətta pandemiyanı dəyişdirəcək qədər mutasiyaya uğradığını görmürük” deyib.

Vuynoviç virusdakı dəyişikliklərin normal olduğunu əlavə edib.

"Hər bir virus yaşadığı müddətdə dəyişir. Bir virusun genomundakı hər dəyişikliyin onun davranışında dəyişiklik demək olmadığını anlamaq lazımdır”, - deyə o, vurğulayıb.

ÜST nümayəndəsi hazırda virusun bir çox variantının aşkar edildiyini, lakin ölümcüllüyü və ya yoluxuculuğunda ciddi bir dəyişiklik olmadığını deyib. Onun sözlərinə görə, ÜST koronavirusun davranışına yaxşı nəzarət edir, məlumat mübadiləsi aparır.

COVID-19 peyvəndlərinin yeni virus növlərinə qarşı təsirli olub olmadığını soruşduqda isə Vuynoviç müsbət cavab verib. Bununla belə o, peyvəndə adaptasiya lazım olacaq qədər virusda dəyişiklik olacağı təqdirdə yeni vaksin hazırlamağın çətin olmayacağını da vurğulayıb.

"Vaksində daşıyıcı, baza texnologiyası və əlavə anticismlər var. Bu səbəbdən effektiv vaksin hazırlanacağı təqdirdə anticismləri dəyişdirmək çətin olmayacaq”, - deyə o, sözlərini yekunlaşdırıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
08:54 31.07.2026
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
08:51 31.07.2026
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
08:32 31.07.2026
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
08:23 31.07.2026
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
05:37 31.07.2026
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
03:23 31.07.2026
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
İran Bolqarıstana xəbərdarlıq etdi
02:40 31.07.2026
İran Bolqarıstana xəbərdarlıq etdi
Rusiya Durovu terrorçu elan etdi
02:19 31.07.2026
Rusiya Durovu terrorçu elan etdi
Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
01:37 31.07.2026
Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək
01:25 31.07.2026
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək
Ən gec qocalan 5 bürc
01:05 31.07.2026
Ən gec qocalan 5 bürc
Yaşı 60-dan çox olanların nəzərinə
00:47 31.07.2026
Yaşı 60-dan çox olanların nəzərinə