ÜST: Pandemiya daha ağır fəsadlar törədə bilər

ÜST: Pandemiya daha ağır fəsadlar törədə bilər
SAĞLAMLIQ
21:11 19.11.2020
1019
Pandemiya getdikcə daha geniş vüsət alaraq bundan əvvəlki dövrə nisbətən daha da ağır fəsadlar törədə bilər.

Bu barədə Qahirədə keçirilən onlayn brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Şərqi Aralıq dənizi regionu üzrə direktoru Əhməd əl Məndəri bildirib.

O, kütləvi ölümlərdən yayınmağın yeganə yolu kimi ölkələr tərəfindən karantin məhdudiyyətlərini sərtləşdirməyi, qabaqlayıcı tədbirləri sürətləndirməyi göstərib.

Yaxın və Orta Şərq regionu ölkələrində daha əvvəl tətbiq edilən qorunma tədbirlərinin yumşaldılmasından narahatlıq ifadə edən təşkilat rəsmisi həmçinin ara məsafəsi saxlamaq, qoruyucu maska taxmaq qaydaları kimi təməl tədbirlərə belə tam şəkildə əməl olunmadığını, bunun fəsadlarının da dolub-daşan xəstəxanalarda aydın nəzərə çarpdığını dilə gətirib.

Ötən 9 ay ərzində region ölkələrində koronavirusa 3,6 milyondan artıq insanın yoluxduğunu, bunlardan 76 mindən artığının da dünyasını dəyişdiyini xatırladan təşkilat nümayəndəsi ötən həftə yoluxmaların 60 faizinin İran, Mərakeş, İordaniyanın payına düşdüyünü, Pakistan və Livanda yoluxmaların artım göstərdiyini, İordaniya, Livan və Tunisdə isə ən yüksək gündəlik ölüm sayının qeydə alındığını bildirib.

"Qarşıdakı dövr, bəlkə də, son 9 aya nisbətən daha ağır olar. Peyvəndin tapılması da hələ pandemiyanın sonu demək deyil”, - deyən regional direktor bu günədək sınaqları keçirilmiş dörd yeni dərmanın hələ heç birinin rəsmi qeydiyyatdan keçmədiyini, təhlükəsizlik baxımdan təkrar tədqiqatların zəruri olduğunu qeyd edib.

Ekspertin vurğuladığı kimi yoluxmaların artımı heç də qışın gəlməsi, havaların soyuması ilə birbaşa bağlı deyil: "Sadəcə olaraq yay mövsümünə nisbətən insanlar daha çox qapalı, az havalandırılan məkanlarda vaxt keçirdiklərinə görə xəstəliyin yayılması da sürətlənir”.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
22:19 19.10.2026
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
Kütləvi iğtişaşlardan sonra Milana 500 hərbçi göndəriləcək
22:12 19.10.2026
Kütləvi iğtişaşlardan sonra Milana 500 hərbçi göndəriləcək
Ronaldo cərimələndi
22:05 19.10.2026
Ronaldo cərimələndi
Yavər Şıxəliyev vəfat etdi
21:53 19.10.2026
Yavər Şıxəliyev vəfat etdi
Mirziyoyev Rubio və Trampın elçisini təltif edib
21:48 19.10.2026
Mirziyoyev Rubio və Trampın elçisini təltif edib
"Sabah" FK – "Borussiya Dortmund" oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
21:41 19.10.2026
"Sabah" FK – "Borussiya Dortmund" oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Rusiya ordusu Xarkov vilayətində parka zərbə endirib, ölənlər var
21:34 19.10.2026
Rusiya ordusu Xarkov vilayətində parka zərbə endirib, ölənlər var
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək
21:25 19.10.2026
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur
21:19 19.10.2026
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
21:11 19.10.2026
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Mustafa Aydın: “Azərbaycan-Türkiyə qardaşlığı tariximizin əmanəti, gələcəyimizin təminatıdır”
21:04 19.10.2026
Mustafa Aydın: “Azərbaycan-Türkiyə qardaşlığı tariximizin əmanəti, gələcəyimizin təminatıdır”
Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib
21:03 19.10.2026
Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib
BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib
20:58 19.10.2026
BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib
Fransanın bəzi bölgələrində komendant saatı tətbiq edilir
20:50 19.10.2026
Fransanın bəzi bölgələrində komendant saatı tətbiq edilir
“Sabah” Bakı Olimpiya Stadionunda məşqə çıxıb
20:46 19.10.2026
“Sabah” Bakı Olimpiya Stadionunda məşqə çıxıb
Ukrayna ordusu Rusiyanın radar stansiyası və silah-sursat anbarlarına zərbə endirib
20:38 19.10.2026
Ukrayna ordusu Rusiyanın radar stansiyası və silah-sursat anbarlarına zərbə endirib