Stadionda idman edərkən öldü

Stadionda idman edərkən öldü
SOSİAL
15:46 20.08.2026
369
Göyçay rayonunda stadionda ölüm hadisəsi baş verib.

Rayonun Məhəmməd Əmin Rəsulzadə küçəsində yaşayan 1966-cı il təvəllüdlü Ehtiram Xəlilov bu gün səhər saatlarında stadiona gedib. O, idman edərkən özünü pis hiss edib. Dərhal hadisə yerinə həkim gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, mərhum ürək çatışmazlığından vəfat edib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma başlanılıb.
 
///Qafqazinfo///
OXŞAR XƏBƏRLƏR