Tərtər rayonunda beton kanala düşərək boğulan 63 yaşlı Ağa Məmmədovla bağlı hadisənin təfərrüatı məlum olub.
Rayonun Cəmilli kənd sakini Ağa Yapon oğlu Məmmədov Soqovuşandan gələn beton kanaldan su götürmək istəyərkən ehtiyatsızlıqdan suya düşüb.
Hadisədən bir neçə saat sonra onun meyiti düşdüyü yerdən bir neçə kilometr aralıda – kanalın Borsunlu kəndi ərazisindən keçən hissəsində, suyun istiqamətinin tənzimlənməsi üçün nəzərdə tutulan suötürücü qapıların yaxınlığında sakinlər tərəfindən aşkarlanıb.
Yaxınlarının bildirdiyinə görə, Ağa Məmmədov vaxtaşırı gənc yaşda vəfat edən gəlininin məzarını ziyarət edib.
Bildirilir ki, o, hadisə günü də məzarlığa gedib və məzarın ətrafındakı yaşıllığı sulamaq üçün kanaldan su götürmək istəyib.
Lakin bu zaman ehtiyatsızlıqdan suya düşüb və boğulub.
Faktla bağlı araşdırma aparılır.
///Teleqraf///










































