Sudanın cənub-şərqində dron zərbələri nəticəsində 19 dinc sakin ölüb

Sudanın cənub-şərqində dron zərbələri nəticəsində 19 dinc sakin ölüb
DÜNYA
18:19 25.11.2026
69
Sudanın cənub-şərqindəki iki şəhərə pilotsuz uçuş aparatları (PUA) ilə endirilən zərbələr nəticəsində 19 dinc sakin ölüb, 20 nəfər isə yaralanıb.

Sudanın "Emergency Lawyers" hüquq-müdafiə təşkilatı zərbələrin hərbiləşdirilmiş Çevik Hərəkət Qüvvələri tərəfindən endirildiyini bildirib.

Hər iki şəhər Cənubi Sudan və Efiopiya ilə həmsərhəd olan Mavi Nil ştatında yerləşir.

Hüquq müdafiəçilərinin məlumatına görə, çərşənbə axşamı axşam saatlarında pilotsuz uçuş aparatları ştatın inzibati mərkəzi Əd-Damazinin üç yaşayış məhəlləsinə hücum edib. Altısı qadın olmaqla 19 nəfər ölüb və15 nəfər yaralanıb. Şəhərdə həlak olan və yaralananların hamısı üç ailənin üzvləri olub.

Həmin gün daha əvvəl pilotsuz uçuş aparatları Ər-Ruseyris şəhərindəki bəndi və enerji obyektlərini hədəfə alıb. Orada daha 5 dinc sakin yaralanıb. Hüquq müdafiəçiləri xəbərdarlıq ediblər ki, zərbələr ştatın elektrik təchizatını poza və milli enerji şəbəkəsinə zərər vura bilər.

Şahidlər "Reuters"ə şəhərlərə dron zərbələrinin endirildiyini təsdiqləyiblər. Çevik Hərəkət Qüvvələri hələlik məlumata münasibət bildirməyib. Çevik Hərəkət Qüvvələri ilə Sudan ordusu arasında silahlı münaqişə 2023-cü ilin aprelindən bəri davam edir.
 
///Report
OXŞAR XƏBƏRLƏR