Süleyman Dəmirəl Bakıya gəlir

Bütün Xəbərlər
23:06 08.10.2011
1200

Türkiyənin doqquzuncu dövlət başçısı Süleyman Dəmirəl sabah Azərbaycana gələcək. ANS PRESS-in “Haberler.com”a istinadən verdiyi məlumata görə, keçmiş prezidentinin mətbuat xidməti onun sabah günorta saatlarında Bakıda olacağını bildirib.

Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin S. Dəmirəli Bakıda keçiriləcək “Bakı Beynəlxalq Humanitar Forum”da iştirak etməyə dəvət edib.

Üç gün davam edəcək forumda XXI əsrin ilk illərində dünya ölkələrinin qarşılaşdığı problemlər müzakirə olunacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR