İranın ali rəhbəri Əli Xameneyinin xarici siyasət üzrə müşaviri Əliəkbər Vilayəti Ermənistan XİN başçısının müavini ilə görüşündə Azərbaycan-Ermənistan münasibətlərindən danışıb.
AZXEBER.COM "Azad İran”a istinadən xəbər verir ki, Əliəkbər Vilayəti Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyanla görüşündə deyib:
"İran İslam Respublikası həmişə öz qonşuları arasında davamlı sülh və əmin-amanlığa can atıb və Azərbaycan və Ermənistan arasında sülh və əmin-amanlığın bərqərar olması üçün digər iddiaçı ölkələrdən daha çox çalışıb.
O iranlı həmkarı ilə görüşdə ritorik sual ünvanlayıb:
"Bölgənin taleyini yalnız region ölkələri müəyyən etməlidir. Sualımız ondan ibarətdir ki, amerikalılar onların mövcudluğunun, hətta zahirən iqtisadi səbəblərə görə də, son nəticədə qeyri-sabitliyə səbəb olduğunu göstərdiyi halda, sülhün bərqərar olması üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir?
Vilayəti daha sonra qeyd edib:
"Biz sərhədlərimizə yaxın hər hansı hadisəni diqqətlə izləyirik və milli təhlükəsizliyimizə xələl gətirən istənilən hərəkətə qarşıyıq”.