Sülhməramlılar üçün “ev tapşırığı”: Ora Xankəndidir, siz isə kuryer deyilsiz

Sülhməramlılar üçün “ev tapşırığı”: Ora Xankəndidir, siz isə kuryer deyilsiz
SİYASƏT
20:55 24.11.2021
631
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti xidmət aparan Rusiya sülhməramlılarının fəaliyyəti hər ötən gün yeni qalmaqallarla qarşımıza çıxır.

AZXEBER.COM "Oxu.az"a istinadən xəbər verir ki, xidmətdə olduqları bir ildən artıq müddətdə dəfələrlə qalmaqalların mərkəzinə düşən sülhməramlılar baş verənlərdən nəticə çıxarmaq iqtidarında deyil.

Erməni təxribatları baş verəndə yoxa çıxan, ehtiyac olanda isə tapılmayan, ancaq elə gəldikləri ilk günlərdə ermənilərin sağlığına badə qaldıran sülhməramlıların bir yaxşı tərəfi varsa, o da yəqin ki, humanist olmalarıdır. Ancaq humanizmin də bir çərçivəsi, bir sərhədi var. Humanizm adı altında ermənilərin əlaltısı, xidmətçisinə çevrilmək heç bir halda qəbuledilən deyil.

Ancaq Rusiya sülhməramlıları bu qısa müddətdə bizə göstərdilər ki, onlar bir çox qəbuledilməz anlayışları, rüsvayçı addımları, damğaları sırf ermənilərin "xətrinə” öz üzərilərinə götürə bilərlər. Bunlardan ən pisi isə artıq dəfələrlə müşahidə etdiyimiz "kuryer” damğasıdır.

Sülhməramlılar öz missiyasının icrasında sinifdə qalsalar da, insafən kuryer fəaliyyətində yüksək peşəkarlıq göstərdiklərini vurğulayaq. Elə növbəti qalmaqal da sülhməramlıların kuryer fəaliyyəti ilə bağlıdır.

Qarabağda qışın sərt keçdiyi, kəskin şaxtaların olduğu hər kəsə bəllidir. Ancaq öz fəaliyyətlərini təkmilləşdirmək, missiyalarının icrasını qaydaya salmaq, səhvlərini düzəltməklə bağlı bircə addımı belə düşünə bilməyən sülhməramlılar, ermənilərin bu soyuqdan qorunması üçün gecələrini gündüzlərinə qatıblar.

Bir qədər əvvəl ermənilərin üşüyən ayaqlarına ayaqqabı geyindirən sülhməramlılar, indi də onların üzərini örtəcək yorğanları ermənilərə daşıyırlar. Qəlblərindəki sevgi və humanizmlə erməniləri isidə bilməyəcəklərini anlayan sülhməramlılar bu yolla onları qışın şaxtasından qorumağa çalışacaqlar.

Hətta 200 yorğanı ermənilərə təhvil verən sülhməramlılar bu zaman növbəti sürprizi də açıqlayıb, növbəti dəfə istilik cihazları gətirəcəklərinə söz veriblər. Qısacası, sülhməramlılar ermənilər üşüməsin deyə nümunəvi "xidmət” edəcəklərini bəyan ediblər.

Ancaq sülhməramlılar ehtiyatlı olsa yaxşıdır. Çünki ermənilərlə "yaxın” olmuş hər kəs bilir ki, onlara əlini verən, qolunu güclə xilas edir. Odur ki, apardıqları yorğan, aparacaqları istilik cihazları erməniləri qane etməsə, hətta sülhməramlıların paltarlarına da göz dikə bilərlər. Əgər elə olsa, qış ermənilər üçün rahat keçəcək, ancaq sülhməramlılar paltarsız Qarabağın kəskin şaxtalarında necə olar, onu bir Allah bilir!

Sülhməramlıların tək qəbahətləri bu olsa yaxşı idi, ancaq bununla bitmir təəssüf ki... Onlar hətta harada xidmət apardıqlarını da bilmirlər. Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında sülhməramlıların çatdırılma etdiyi ünvan kimi "Stepanakert” göstərilir. Stepanın özü çoxdan cəhənnəmə vasil olsa və Azərbaycanın torpağında ona dair heç nə olmasa da, onun adını yaşatmaq ermənilərə yaraşandır, bunu bilirik. Ancaq Rusiya sülhməramlıları Azərbaycanın torpağında xidmət aparıb, o şəhərin adının Xankəndi olduğunu bilmirlərmi?

Yaxşı, əgər tarixdən xəbərləri yoxdursa, heç olmasa savadsızlığı düzgün bacarsınlar. Əgər Rusiya sülhməramlıları "Stepanakert”in Xankəndi olduğunu bilmirlərsə, ermənilərin qoyduğu uydurma adı bilirlərsə, necə olur ki, Laçın sözünü, Xocalı sözünü öyrəniblər? Heç olmasa bu adlarda səhv etmədikləri üçün onlara qətiyyən təşəkkür etmək fikrində deyilik, ancaq Xankəndiyə görə də bağışlaya bilmərik.

Başqa bir məqam da sülhməramlıların minatəmizləmə işləridir. Düzdür, mina təmizlənməsi prosesi müsbət məqamdır əslində, ancaq burada da "ammalar” çoxdur...

Məsələn sülhməramlılar nəyə görə burada da ermənilərin əvəzinə xidmət edirlər? Çünki Qarabağdakı minaları basdıranların kim olduğu bəllidir. Ermənilər öz dövlətlərinin terror siyasətinə uyğun olaraq Qarabağı minalayıblar. O minaların harada basdırıldığını da yaxşı bilirlər. Belə olan halda nəyə görə onlar özləri bu işlərə cəlb olunmur? Axı sülhməramlıların işi sülhü qorumaqdır, bəs onda nəyə görə ermənilərin qulağından tutub, bütün minaları bir-bir təmizlətdirmək əvəzinə özləri əlaltı kimi bu işlərə yönəlirlər? Rusiya sülhməramlıları ermənilərin qarşısında bu qədərmi acizdir?

Sülhməramlıların baş rol oynadığı qalmaqal nə qədər çoxdursa, suallar da o qədər çoxalır.

Hələlik isə sülhməramlılara sadə xatırlatma edək:

- sizin missiyanız sülh və təhlükəsizliyi qorumaqdır;
- siz kuryer, yorğandaşıyan, ayaqqabıgeyindirən deyilsiniz;
- "humanitar yardım” apardığınız şəhər Xankəndidir;
- Ermənilərin basdırdığı və yerini çox gözəl bildiyi minaları təmizləmək yox, təmizlətdirmək gərəkdir.

Sülhməramlıların bu qalmaqaldan dərs çıxaracağına ümid azdır, ancaq yenə də cəhd edək, onlara bir ev tapşırığı verək ki, yuxarıda yazılanları əzbərləsinlər. Bəlkə aralarında kimsə harada və nə üçün olduqlarını xatırlayar. Onda həm öz işlərini görərlər, həm də ermənilərin əlaltı damğasından xilas olarlar...
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Sabah” klubu Prezidentə təşəkkür etdi
16:44 26.08.2026
“Sabah” klubu Prezidentə təşəkkür etdi
Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
16:41 26.08.2026
Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
Məzuniyyətdən qayıtdıqdan sonra işə necə uyğunlaşmaq olar?
16:22 26.08.2026
Məzuniyyətdən qayıtdıqdan sonra işə necə uyğunlaşmaq olar?
Hər gün bunu geyinirsinizsə... - Sağlamlığınıza ziyandır
16:17 26.08.2026
Hər gün bunu geyinirsinizsə... - Sağlamlığınıza ziyandır
Qazlı içkinin görünməyən tərəfi: Bədənimizə nə edir?
16:13 26.08.2026
Qazlı içkinin görünməyən tərəfi: Bədənimizə nə edir?
Uçuşunuz gecikəndə və ya ləğv ediləndə bunları bilməlisiniz
16:09 26.08.2026
Uçuşunuz gecikəndə və ya ləğv ediləndə bunları bilməlisiniz
Qulağınızı deşdirməzdən əvvəl bunları bilməlisiniz – İnfeksiya və çapıq riski
15:57 26.08.2026
Qulağınızı deşdirməzdən əvvəl bunları bilməlisiniz – İnfeksiya və çapıq riski
Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı təbrik edib
15:50 26.08.2026
Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı təbrik edib
Hava ilə bağlı xəbərdarlıq: Avqustun 27-dən 30-a qədər...
15:43 26.08.2026
Hava ilə bağlı xəbərdarlıq: Avqustun 27-dən 30-a qədər...
Valideyn övladının həyat yoldaşı seçiminə qarışmalıdırmı? – VİDEOSORĞU
15:42 26.08.2026
Valideyn övladının həyat yoldaşı seçiminə qarışmalıdırmı? – VİDEOSORĞU
Rusiyadan gətirilən sosislər ilə bağlı AQTA-dan açıqlama
15:40 26.08.2026
Rusiyadan gətirilən sosislər ilə bağlı AQTA-dan açıqlama
Mauro İkardi özünə klub tapa bilmir - Heç kim onu transfer etmək istəmir
15:39 26.08.2026
Mauro İkardi özünə klub tapa bilmir - Heç kim onu transfer etmək istəmir
Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit
15:28 26.08.2026
Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit
"Köçaryan illər boyu Ermənistanı qarət edib" - Erməni jurnalistdən özəl açıqlama
15:24 26.08.2026
"Köçaryan illər boyu Ermənistanı qarət edib" - Erməni jurnalistdən özəl açıqlama
“Fənərbaxça” Çempionlar Liqasına vəsiqə qazana biləcək? - "Lion" matçı saat neçədə, hansı telekanalda?
15:22 26.08.2026
“Fənərbaxça” Çempionlar Liqasına vəsiqə qazana biləcək? - "Lion" matçı saat neçədə, hansı telekanalda?
Qırğızıstanda küçə adları dəyişdirildi - Sovet adları milli adlar ilə əvəzləndi
15:16 26.08.2026
Qırğızıstanda küçə adları dəyişdirildi - Sovet adları milli adlar ilə əvəzləndi