Sumqayıt Dövlət Universitetinin 50 illik yubileyi qeyd olundu
Bütün Xəbərlər
15:50 24.12.2012
1216
Sumqayıt Dövlət Universitetində (SDU) bu ali təhsil ocağının yaranmasının 50 illik yubileyi münasibətilə tədbir keçirilib. AZXEBER.COM Təhsil Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə təhsil naziri Misir Mərdanov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, SDU-nun rektoru Nadir Qəhrəmanov, Milli Məclisin deputatları, universitet rektorları, alimlər, ziyalılar və digər şəxslər iştirak ediblər. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov universitetin kollektivini yubiley münasibətilə təbrik edib. Ali təhsil müəssisəsinin fəaliyyətindən söz açan E.Əzizov universitetin 50 illik yubileyinin şəhərin tarixində mühüm bir hadisə olduğunu bildirib: “Sumqayıtın ictimai-siyasi həyatında bu ali təhsil müəssisəsinin mühüm yer tutur. Sənaye şəhərinin inkişafında, zavod və fabriklər üçün ixtisaslı kadr hazırlığında SDU-nun xüsusi xidmətləri var”.M.Mərdanov tədbir iştirakçılarını salamlayaraq universitetin 50 illik yubileyi münasibətilə ölkə rəhbəri İlham Əliyevin təbrikini kollektivə çatdırıb. Prezidentin təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan danışan nazir SDU-nun Azərbaycanın təhsil sistemində xüsusi yeri olduğunu və universitetin uğurlarının ilbəil artdığını bildirib. M.Mərdanov universitetin Azərbaycan elminə, təhsilinə bir çox alimlər və elm adamları bəxş etdiyini və bu ənənənin bu gün də qorunub saxlanıldığını söyləyib. Universitetin Avropa təhsil sisteminə inteqrasiya yolunda uğurlu addımlar atdığını vurğulayan təhsil naziri SDU-nun fəaliyyətini yüksək qiymətləndirib. Dövlət başçısının sərəncamına əsasən Azərbaycan təhsilinin inkişafındakı xüsusi xidmətlərinə görə fəxri adlar verilmiş universitet əməkdaşlarını təbrik edən nazir onlara diplom və hədiyyələr təqdim edib. Sonra universitetin fəaliyyətini əks etdirən video-çarx nümayiş etdirilib.