Sumqayıt sakini üç dayısını diri-diri yandırdı

Sumqayıt sakini üç dayısını diri-diri yandırdı
Bütün Xəbərlər
15:29 07.02.2014
1091
Əsgəralı Abbasov dayılarının olduğu bağ evinin qapılarını bağlayaraq od vurub

 Sumqayıtda dəhşətli qətl törədilib.

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə gecə saatlarında Corat bağlarında qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Əsgəralı Füzuli oğlu Abbasov dayıları – 1971-ci il təvəllüdlü Dünyamalı Mirzəyev, 1965-ci il təvəllüdlü Yadigar Mirzəyev və 1960-cı il təvəllüdlü Ağamalı Mirzəyevin olduğu bağ evinin qapılarını bağlayaraq od vurub.

Nəticədə onların üçü də tüstüdən boğularaq ölüb.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıb.

OXŞAR XƏBƏRLƏR