Sumqayıtda 5 nəfərin ölümünə səbəb olan sürücüyə hökm oxundu

SOSİAL
17:04 11.09.2019
10067

Bakı Ağır Cinayətlər Məhkəməsində 5 nəfərin ölümündə təqsirləndirilən İlham Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 13 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib, Təqsirləndirilən şəxsin vəkili və təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş ediblər.

Müşavirədən sonra hökm elan edib. Hökmə əsasən, İ.Həsənov 13 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, bu il mayın 10-da Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində, 1977-ci il təvəllüdlü Həsənov İlham Yelmar oğlunun idarə etdiyi "İVEKO" markalı 99-LN-431 dövlət nömrə nişanlı yük avtomobili ilə 1969-cu il təvəllüdlü Qasımov İlham Məmmədtağı oğlunun idarə etdiyi "Mercedes" markalı 10-RP-097 dövlət nömrə nişanlı avtomobil toqquşub. "Mercedes" markalı avtomobilin dərəyə aşması nəticəsində sürücü və avtomobildə olan sərnişinlər 1974-cü il təvəllüdlü Saleh Musayev, 1967-ci il təvəllüdlü Məhəbbət Musayeva, 1973-cü il təvəllüdlü Amil Məmmədov və 1987-ci il təvəllüdlü Vidadi Nuriyevin hadisə yerində ölmələri, yük avtomobilinin sürücüsünün isə hadisə yerindən qaçması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılan istintaqla hadisənin İlham Həsənov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində İ.Həsənov mayın 11-də tutularaq istintaqa cəlb edilib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:04 06.07.2020

Restoran və kafelərdə sıxlıq norması təsdiqləndi - YENİ QAYDALAR

19:40 06.07.2020

İnfeksionist Afət Əkbərova: “Virus aqressiv şəkildə mutasiya edir”

19:02 06.07.2020

Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün müraciət QAYDALARI

19:00 06.07.2020

Hərbi qulluqçunu ələ salıb videoya çəkən şəxs saxlanıldı - Video

18:34 06.07.2020

12 gün süni nəfəs aparatında qalan koronavirus xəstəsi sağalaraq evə buraxılıb - VİDEO

18:27 06.07.2020

AZAL-dan sərnişinlərə xəbərdarlıq: Provokasiyalara uymayın!

18:20 06.07.2020

Həkim: "COVID-19 analizinin cavabı mənfi olan bəzi xəstələrdə "buzlu şüşə" aşkarlanır"

17:59 06.07.2020

Avropada koronavirusun yeni dalğası başlayıb

17:49 06.07.2020

Azərbaycanda onlarla ana və uşağı koronavirusa yoluxdu

17:37 06.07.2020

Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxdu, 8 nəfər vəfat etdi

17:32 06.07.2020

Kür qırağında piknik edənlər cərimələndi - Foto

17:25 06.07.2020

Baş prokurordan yeni TƏYİNATLAR

17:17 06.07.2020

Prezident İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verdi

17:06 06.07.2020

190 manatın verilməsinə başlanıldı - BU QAYDALARLA VERİLƏCƏK

16:56 06.07.2020

MTRŞ sədri: “Teleradio sahəsində satış, reklam sistemi, ünsiyyət və lisenziyalaşmaya yanaşma dəyişməlidir”

16:46 06.07.2020

Avropa İnvestisiya Bankı: ”Azərbaycanda biznesə dəstəyi “AccessBank”la həyata keçiririk