Sumqayıt şəhərindən baş verən bədbəxt hadisə bir azyaşlının ölümünə səbəb olub.AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə yanvarın yanvarın 31-də baş verib.Belə ki, Sumqayıt şəhərində evdə yanğın qeydə alınıb.Baş verən hadisədə 5 yaşlı Sərxan Hüseynzadə termiki yanıq xəsarətləri alıb. Onu xəstəxanaya yerləşdiriblər.Həkimlərin səylərinə baxmayaraq, uşaq ötən gün xəstəxanada dünyasını dəyişib.