Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.
Belə ki, "Mercedes” markalı minik avtomobili ilə "Hyundai” markalı mikroavtobus toqquşub. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.











































