Sumqayıtda boks üzrə respublika çempionunun meyiti tapıldı
SOSİAL
18:24 16.05.2026
621
Sumqayıt şəhərində ölüm hadisəsi qeydə alınıb.
AZXEBER.COM bildirir ki, "Unikal”ın əldə etdiyi məlumata görə, şəhərin 8-ci mikrorayonunda yerləşən mənzillərdən birində 1984-cü il təvəllüdlü Rza Rzayevin meyiti aşkarlanıb.
Əldə etdiyimiz məlumata görə, Rza Rzayev idman ictimaiyyətinə tanış simadır. Belə ki, o, Sumqayıt şəhər boks məktəbinin yetirməsi olub və dəfələrlə boks üzrə respublika çempionu olub.
Hadisənin hansı səbəbdən baş verməsi barədə məlumat yoxdur.