Sumqayıtda 'Gənc ailə' layihəsinin təqdimatı keçirildi

GƏNCLİK
13:37 30.09.2013
1607
Sumqayıtda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən “Gənc ailə” layihəsinin media nümayəndələri üçün təqdimat mərasimi keçirilib.
AZXEBER.COM xəbər verir ki, təqdimatda gənc jurnalistlər və Sumqayıt şəhərinin aparıcı media qurumlarının rəhbərləri iştirak edib.
Tədbirdə çıxış edən qonaqlar qeyd ediblər ki, Gənclər Fondu tərəfindən bu cür layihələrin dəstəklənməsini ölkəmizdə mədəniyyətə, eyni zamanda gənclərə olan diqqətin nəticəsidir. Daha sonra hazırlanacaq sayt haqqında fikir mübadiləsi aparılıb, media nümayəndələri öz təkliflərini səsləndiriblər.
Qeyd edək ki, layihənin məqsədi gənc ailələrin məlumatlandırılması, maarifləndirilməsi və onların tez-tez üzləşdikləri problemlərin həllində onlara mütəxəssis tövsiyələrini çatdırmaqdır.

OXŞAR XƏBƏRLƏR