Sumqayıtda motosiklet sürücülərinə qarşı reyd keçirildi - VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı reyd keçirildi - VİDEO
SOSİAL
20:24 09.08.2026
209
Avqustun 8-də Sumqayıt şəhərində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması və xüsusilə gecə saatlarında sakinlərin rahatlığının pozulmasının qarşısının alınması məqsədilə növbəti nəzarət-profilaktik tədbirlər həyata keçirilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə motosiklet və digər motonəqliyyat vasitələrinin sürücüləri saxlanılıb.

Qeyd olunub ki, araşdırma zamanı ayrı-ayrı sürücülərin şəhər ərazisində, xüsusilə gecə saatlarında yüksək sürətlə hərəkət etməsi, motosikletlərin konstruksiyasına müdaxilə edərək əlavə avadanlıqlar quraşdırması, səsboğucu sistemlərində dəyişiklik etməklə normadan artıq səs-küy yaratması, eləcə də dövlət qeydiyyat nişanı və müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etməsi halları müəyyən edilib.

Aşkar edilən qayda pozuntularına hüquqi qiymət verilərək 30-a yaxın sürücü barəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

OXŞAR XƏBƏRLƏR