Sumqayıt müəllimləri şəhər küçələrində qarın təmizlənilməsi işinə cəlb edilib.
Bu barədə informasiya Feysbuk sosial şəbəkəsində paylaşılıb.
Paylaşılan şəkildə bildirilir ki, Sumqayıt şəhər 39 saylı orta məktəbin müəllim heyəti 18-ci mikrorayonda yerləşən “Elmar” marketin qabağını buzdan təmizləyir.
Məsələylə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Oradan məsələ ilə bağlı heç bir məlumata sahib olmadıqlarını və məktəblərlə işləmədiklərini qeyd etdilər:
“Yox, eşitməmişəm. İcra Hakimiyyəti məktəblərlə işləmir, texnikalarla işləyir”.
Sumqayıt şəhər Təhsil Şöbəsinin müdir əvəzi Vaqif Ələsgərov sosial şəbəkələrdə yayılan informasiyaların həqiqəti əks etdirmədiyini dedi:
“Onlar müəllim kollektivi olmayıb. Bu haqda məlumatım yoxdur, bilmirəm. Müəllim kollektivi ora göndərilməyib. Biz müəllimləri qar təmizləmək adıyla şəhərdə heç yerə göndərməmişik. O məlumat yanlışdır. Biz ora adam göndərməmişik”. (axar.az)
