Sumqayıtda YAP-çı gənclərlə görüş keçirilib

Sumqayıtda YAP-çı gənclərlə görüş keçirilib
GƏNCLİK
00:42 14.10.2012
2053
Bu gün YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyi Sumqayıt Dövlət Universitetinin akt zalında Sumqayıt Dövlət Universiteti, Sumqayıt Müəllimlər İnstitutu, Sumqayıt Tibb kollecinin tələbələri ilə görüş keçirib.Qaynar.info-nun məlumatına görə, giriş sözünü YAP Sumqayıt şəhər təşkilat sədrinin gənclərlə iş üzrə müavini Elmar Xəlilov açıb. O, çıxışında Sumqayıt gənclərinin 2013-cü ildə keçiriləcək Prezident seçkilərində ölkə başçısını vahid namizəd kimi dəstəklədiyini və bu istiqamətdə səylərini əsirgəməyəcəyini qeyd edib.“Azərbaycanın müasirləşməsinə yönələn bütün dəyişikliklər Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində gerçəyə çevrilib. İlham Əliyevin Azərbaycanın Prezidenti seçilməsi bizim insanlarımızın gələcəklə bağlı ümidləri ilə üst-üstə düşür” – deyə YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri Elmar Məmmədov öz çıxışında qeyd edib. Son vaxtlar bir qrup öyrədilmiş radikal dini dairələrin Təhsil Nazirliyi qarşısında keçirdiyi etiraz aksiyasına münasibət bildirən Elmar Məmmədov deyib ki, Azərbaycan dünyəvi dövlətdir və burada təhsil sistemi də digər struktular kimi müvafiq qanunlarla tənzimlənir: “Təhsil haqqında Qanun”da da göstərilir ki, məktəbli olan dövrdə hər bir məktəblinin nümunəvi forması var və bu formadan da kənara heç kəs çıxa bilməz. Bu mənada bəzi radikal dini qrupların bu məsələni Azərbaycan dövlətinin antiislam siyasəti kimi təqdim etməyə çalışsmasının heç bir əsası yoxdur”.Görüş çərçivəsində Elmar Məmmədov gəncləri sosial şəbəkədə aktiv olmağa çağırıb. YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədrinin sözlərinə görə, sosial şəbəkələr artıq insanların həyatının bir hissəsinə çevrilib: “Bu adamların sosiallaşması, biri-biri ilə əlaqə qurması üçün çox önəmlidir”.Görüşdə Sumqayıt Dövlət Universitetinin YAP Gənclər Birliyinin sədri Aysel Məmmədova da çıxış edib. O, son illər ölkədə reallaşdırılan islahatların əhəmiyyətindən söz açıb. A.Məmmədova sumqayıtlı gənclərin 2013-cü ildə keçiriləcək prezident seçkilərində birmənalı qaydada ölkə başçısı İlham Əliyevi dəstəkləyəcəklərini qeyd edib.
OXŞAR XƏBƏRLƏR