Sumqayıtda yaşayış binasında baş verən partlayışda polis əməkdaşı öldü

Sumqayıtda yaşayış binasında baş verən partlayışda polis əməkdaşı öldü
Bütün Xəbərlər
11:03 23.04.2013
1052

Məlumata görə, R.Qələndərov yeni ailə həyatı qurubmuş.

Bu gün Sumqayıt şəhərində güclü partlayış baş verib. Lent.az-ın məlumatına görə, H.Z.Tağılyev qəsəbəsində yeni məhəllədə tikilmiş evə gələn Baş Mühafizə İdarəsi, Sumqayıt şəhər Şöbəsinin əməkdaşı, polis baş serjantı 1983-cü il təvəllüdlü Rəşad Qələndərov mənzilə daxil olandan az sonra güclü partlayış baş verib. O ağır vəziyyətdə əvvəlcə Sumqayıtdakı xəstəxanaya, ordan isə Bakı şəhərində yerləşən 5 saylı şəhər xəstəxanasına gətirilib. Lakin həkimlərin səyinə baxmayaraq polis əməkdaşının həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, R.Qələndərov yeni ailə həyatı qurubmuş. O dünən növbədən sonra evə istirahətə gəlirmiş. İlkin məlumata görə, hadisə qaz sızmasından baş verib.

OXŞAR XƏBƏRLƏR