BTV paytaxt və bölgələrdə “Deputat və seçici” adlı layihəsini davam etdirir.
Kanal bu dəfə yolunu Sumqayıt şəhərindən salıb. Sorğu 41 və 43 saylı seçki dairələrində aparıb. Hər iki dairə üzrə sakinlər demək olar ki , eyni cavabları səsləndiriblər. Sumqayıtlılar 41 və 43 saylı seçki dairələri üzrə millət vəkilləri Leyla Abdullayeva və Muxtar Babayevin adlarını eşidib, lakin bu 5 il ərzində bir dəfə də olsun üzlərini görmədiklərini deyiblər.