Suraxanıda icra hakimiyyətinin biganə münasibəti şəhid ailəsini üsyan etdirdi - VİDEO

Suraxanıda icra hakimiyyətinin biganə münasibəti şəhid ailəsini üsyan etdirdi -  VİDEO
Bütün Xəbərlər
15:58 06.06.2015
1310

Qarabağ şəhidi ailəsi məmur haqsızlığından cana doyub. Bakının Bülbülə qəsəbəsində yaşayanNazilə Dəmirova Suraxanı rayon İcra Hakimiyyətinin biganə münasibətindən gileylidir.

AZXEBER.COM xəbər verir ki, sosial şəbəkədə video çıxışı yayılan şikayətçinin sözlərinə görə, torpaq növbəsinə yazılsa da, xəbəri olmadan adı siyahıdan çıxarılıb.

Hazırda 29 kvadratmetrlikmənzildə, darısqal bir şəraitdə yaşayan N.Dəmirova bildirir ki, 8 uşaq anasıdır. Onun həyat yoldaşı Qafar Dəmirov Qarabağ müharibəsində şəhid olub. Bu ailəyə icra hakimiyyətinin laqeyd rəftarından narazılıq edən N.Dəmirova bildirir ki, ona torpaq sahəsi ayrılmır. Əksinə, bağının hasarı sökülüb, 30 ağacı məhv edilib.

Şəhid ailəsi Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadan kömək istəyib. Video çıxışı təqdim edirik:

OXŞAR XƏBƏRLƏR