Suriya müxalifətini şoka salan qərar

DÜNYA
16:23 11.12.2012
1414
Suriya Azadlıq Ordusunun hərbi uğurlar qazanan ən böyük qruplaşması terrorçu təşkilat siyahısına salındıABŞ müxalif Suriya Azadlıq Ordusunu şoka salan qərar verib. Dekabrın 10-da ABŞ hökuməti Suriya Azadlıq Ordusunun əsas zərbə qüvvəsi sayılan “Cabat an-Nusra” qruplaşmasının terrorçu təşkilatlar siyahısına salıb.ABŞ Suriyadakı Cabat an-Nusra” qruplaşmasını “Əl-Qaidə” terror təşkilatının İraqdakı qolunun bir hissəsi sayır. “Cabat an-Nusra” qruplaşması Suriyada Bəşər Əsəd rejiminə qarşı döyüşən müxalif koalisiyada ən aqressiv və ən ciddi uğurlar qazanan silahlı birləşmədir. Bu qruplaşma yanvar ayında Dəməşqdə keçirdiyi bir sıra uğurlu əməliyyatlarla diqqət mərkəzinə düşüb. “Cabat an-Nusra” Suriya ordusunun Baş Qərargahında uğurlu reyd keçirib, Hələbdə Zabitlər Klubunda partlayış törədib, nəhayət, dekabrın 9-da Suriya ordusunun 3 briqadasını sıxışdıraraq strateji Dəməşq-İordaniya şosesinə nəzarəti ələ keçirib.Qruplaşmanın tərkibində İraq, Liviya, Türkmənistan, Qazaxıstan, Fransa və Böyük Britaniyadan gələn çoxlu sayda cihadçılar da döyüşür. “Cabat an-Nusra” qruplaşmasının sıralarında 10 mindən çox döyüşçü cəmləşib. Son vaxtlar Suriya ordusunun bir neçə hərbi bazasını ələ keçirən “Cabat an-Nusra”-nın nəzarətində tanklar və “İqla” zenit-raket kompleksləri də var. Qazandığı hərbi uğurlar “Cabat an-Nusra” qruplaşmasının sıralarına qoşulan könüllü döyüşçülərin də sayının sürətlə artmasını şərtləndirir.“Cabat an-Nusra” qruplaşmasının terrorçu təşkilatlar siyahısına salınması o deməkdir ki, ABŞ vətəndaşları bu təşkilatla əlaqə qura və bu təşkilatı maliyyələşdirə bilməz. ABŞ hökumətinin qərarı Suriya Azadlıq Ordusunun rəhbərliyini də qəzəbləndirib. Ən ciddi uğurlar qazanan hərbi qruplaşmanın terrorçu siyahısına salınması səbəbindən Suriya Azadlıq Ordusu əhalini bu həftə cümə namazından sonra anti-ABŞ xarakterli aksiyalar keçirməyə çağırıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:03 24.10.2021

Somalidə hərbçilərlə yaraqlılar arasında toqquşmalar zamanı 30 nəfər ölüb

21:33 24.10.2021

"Ərdəbildən Azərbaycana dəmir yolu xətti çəkiləcək”

21:13 24.10.2021

Rövşən Məmmədov: "Azərbaycan Türk Şurasının mediaforumunda təkliflər irəli sürüb"

20:58 24.10.2021

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

20:52 24.10.2021

Əfqanıstanda İŞİD-in 50 üzvü hakimiyyət orqanlarına təslim olub

20:40 24.10.2021

Metroda tutulan koronavirus xəstəsi: “Hava almağa çıxmışdım” - FOTO

19:16 24.10.2021

İsveçdə qətlə yetirilən soydaşımızın cənazəsi Azərbaycana gətiriləcək

18:51 24.10.2021

Türkiyə DİN-dən əməliyyat: 813 nəfər axtarışda olan şəxs saxlanıldı, 19 itkin düşmüş şəxs tapıldı

18:33 24.10.2021

Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında çıxış edəcək

17:34 24.10.2021

Bakıda dəhşətli hadisə: Məşhur bloqqer intihar etdi - FOTO

17:06 24.10.2021

Azərbaycanda ilk dəfə Zəfər Tibb Simpoziumu keçiriləcək

16:43 24.10.2021

Yaqub Zurufçunun ölümündən 40 gün ötür

16:13 24.10.2021

İranda koronavirusdan daha 171 nəfər öldü

15:59 24.10.2021

Azərbaycanlı alim vəfat etdi - FOTO

15:42 24.10.2021

“WhatsApp” istifadəçilərinin nəzərinə: Hamının gözlədiyi funksiya gəlir

15:21 24.10.2021

Ehtiyatda olan bir qrup hərbi vəzifəlilər təlimə çağırılır - Müdafiə Nazirliyindən açıqlama