Sürücü vurduğu piyadanı ölümdən xilas etdi

Sürücü vurduğu piyadanı ölümdən xilas etdi
Bütün Xəbərlər
08:53 25.07.2012
1696
Bakının Binəqədi rayonu ərazisində, Xochəsən yolunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı 27 yaşlı Rzayeva Ülviyyə Mikayıl qızı “Mercedes” markalı avtomaşın tərəfindən vurulub.Hadisədən sonra piyada elə vurulduğu avtomaşının sürücüsü tərəfindən 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən Ülviyyə Rzayevaya ilkin tibbi yardım göstərilib hazırda yaralı müalicəsini xəstəxanada davam etdirir.Qəzanın təfərrüatları isə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır. Yol nəqliyyat hadisəsinin hüquqi qiyməti isə araşdırmalardan sonra veriləcək.
//anspress
OXŞAR XƏBƏRLƏR