Sürücülərə şad xəbər – FOTO

Sürücülərə şad xəbər – FOTO
Bütün Xəbərlər
17:01 06.08.2012
1839
Şəhər şosesinin Sabunçu qovşağından Zabrat dairəsinə qədər olan hissəsində işlər davam etdirilir. AZXEBER.COM-un “Azəryolservis” ASC-nin saytına istinadən verdiyi məlumata görə, yolun keçdiyi ərazidə mühəndis-kommunikasiya qurğuları zəruri olan yerlərdə dəyişdirildikdən sonra təmir işlərinə start verilib. Yolun artıq 5,2 km-lik hissəsinə 3 qat asfalt-beton örtük döşənib. 5,5 km-lik hissədə bardürlər yenisi ilə əvəzlənib, təxminən 4 km-lik məsafədə isə xətləmə işləri yerinə yetirilib. Tərtib olunmuş qrafik əsasında həyata keçirilən işlərin avqust ayında başa çatması planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR