Sürücülərə şad xəbər: Paytaxtın 40 küçəsində təmir bitdi - FOTO

Sürücülərə şad xəbər: Paytaxtın 40 küçəsində təmir bitdi - FOTO
SOSİAL
22:23 24.08.2026
154
Bakıda rahat və təhlükəsiz gediş-gəlişin təmin edilməsi məqsədilə genişmiqyaslı yol təmiri proqramı icra olunur.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, artıq 40 küçə və prospektdə təmir işləri başa çatdırılıb, 20-yə yaxın küçə və prospektdə isə işlər davam etdirilir.

Proqram çərçivəsində ümumilikdə 110 küçə və prospektin təmiri nəzərdə tutulub.

Növbəti mərhələlərdə digər küçə və prospektlərdə də təmir işlərinə başlanılacaq.

 


OXŞAR XƏBƏRLƏR