xari

Şuşa fatehi Hikmət Mirzəyevin doğum günüdür

SOSİAL
11:03 28.02.2021
793
Bu gün Şuşa fatehi, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin doğum günüdür.

Hikmət Mirzəyev müasir hərb tariximizin ən önəmli simalarından biridir. O, Ümummilli lider Heydər Əliyevin Prezident olduğu illərdə polkovnik-leytenant hərbi rütbəsini daşıyıb. Ona Polkovnik rütbəsini də məhz Heydər Əliyev təqdim edib. Hikmət Mirzəyev 19 yanvar 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb.

ikmət Mirzəyev 24 iyun 2003-cü ildə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsində xüsusi xidmətlərinə, özünün xidməti vəzifələrini və hərbi hissəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə Heydər Əliyevin fərmanı ilə "İgidliyə görə” medalı ilə təltif edilib.

24 iyun 2015-ci ildə isə Hikmət Mirzəyev Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Hikmət İzzət oğlu Mirzəyev Biləsuvar rayonunda doğulub. 2016-cı ilin aprelində və 2020-ci ildə Dağlıq Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindəndir. O, bundan öncə Cəbrayıl rayonunun 27 il davam edən işğaldan azad edilməsi əməliyyatına başçılıq edib. Bu münasibətlə dövlət başçısı Mirzəyevə zəng edərək onu təbrik edib. Daha sonra isə Ali Baş Komandanın 17 oktyabrda imzaladığı sərəncamla ona general-leytenant ali hərbi rütbəsi verilib.

Onu da bildirək ki, 2016-cı ilin aprel döyüşlərində işğal edilmiş torpaqların azad edilməsində əsas rol oynayan xüsusi təyinatlılar 2018-ci ildə Ordunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradda general Hikmət Mirzəyevin başçılığı altında keçiblər.

Şuşa işğaldan azad olan gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Birlik komandiri Hikmət Mirzəyevə zəng edib. Ali Baş Komandan Şuşa şəhərinin işğaldan azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırıb. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:07 19.04.2021

Yunanıstan və Fransa səfirləri Türkiyə XİN-ə çağırıldı

16:04 19.04.2021

Elza Seyidcahanın yeni "şeiri": "Mal təzəyini divarlara yapanam"

15:56 19.04.2021

Koronavirus Ermənistan səhiyyəsini diz çökdürdü: Çarpayı ehtiyatı tamamilə tükəndi

15:55 19.04.2021

Prezident İlham Əliyev görülən işlərlə maraqlandı: "Qarabağda işlər necə gedir?"

15:41 19.04.2021

Bu ölkədə maska rejimi ləğv edildi: İnsanlar çimərliyə axışdı - VİDEO

15:39 19.04.2021

“Azərenerji”nin prezidenti: “Suqovuşandakı SES-lər işə salınıb, test gedir”

15:37 19.04.2021

Prezident Bakıda Nizami parkının abadlaşdırılmasına 5 milyon manat ayırdı

15:23 19.04.2021

İki hissəyə bölünən stadionla bağlı nazirlik araşdırmaya başladı - VİDEO

15:21 19.04.2021

Mariya Zaxarova: "Rusiyaya qarşı aksiyaların arxasında ABŞ durur"

14:59 19.04.2021

Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi təsdiqləndi - SİYAHI

14:54 19.04.2021

Kraliça Elizabetin sirrli çantasında nələr var imiş?

14:43 19.04.2021

“Səbinə ilə intim fotolarımızı ərinə göndərdim” - Azərbaycanda şok olayın təfərrüatı

14:35 19.04.2021

Abel Məhərrəmov oğlunun geri çağırılmasından danışdı: "Yəqin ki, cənab Prezident oğlumu işsiz qoymaz"

14:33 19.04.2021

"Tottenham" Joze Mourinyonu qovdu

14:28 19.04.2021

Hadisədən Ebru Gündeşə sərt sözlər: "Heç kim namusumu ləkələyə bilməz"

14:26 19.04.2021

Hadrutda qənimət götürdükləri texnikaya Bakıda eksponat kimi baxdılar - FOTO