Şuşaya gedən yeni yol nə zaman istifadəyə veriləcək? - RƏSMİ

Şuşaya gedən yeni yol nə zaman istifadəyə veriləcək? - RƏSMİ
SOSİAL
14:23 18.11.2020
844

Azərbaycanın tarixi torpağı olan Şuşaya çəkiləcək yolun təməli qoyuldu. Bu gün artıq üçüncü gündür ki, bu istiqamətdə işlər davam edir. 

Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Prezident İlham Əliyevin Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı sərəncamına aydınlıq gətirərkən deyib.

A.Nəcəfli bildirib ki, Şuşamıza gedən yolun tikintisi davam edir:

 

"Yolun kifayət qədər geniş olması planlaşdırılır. Qarabağ regionunda gələcəkdə də planlaşdırılan layihələrlə əlaqədar yolun 101,5 km uzunluğunda olması hesablanıb. Üç gediş və üç gəliş olmaqla 6 hərəkət zolağından ibarət olacaq. Burada yolun əsas hissəsi dörd zolaqlı olacaq. Kənar iki zolaqlar isə geniş xidməti yol olacaq və xüsusi texnikaların, ağır yük avtomobillərinin hərəkəti üçün nəzərədə tutulur. Ölkə başçısının xüsusi tapşırığı əsasında yolun tam olaraq bir il yarım müddətinə hazırlanıb təhvil verilməsi planlaşdırılır. Baxmayaraq ki, 101,5 km uzunluğunda yoldur, uçurumlu ərazilərin, dağlıq ərazilərin olması səbəbindən yolu hissə-hissə böldükdən sonra podratçı şirkətlərin ərazidə fəaliyyətinə də şərait yaradılacaq”.

O həm də qeyd edib ki, AAYDA özü də ərazidə işlərin qısa müddətdə yekunlaşdırılması üçün yaxından iştirak edəcək:

"Bizim kifayət qədər bazamız var. Şuşaya gedən yolun başlanğıcı Füzuli rayonun Əhmədbəyli kəndindən başlayır, bizim bu kəndə qədər gələn magistral yolumuz var. Eyni zamanda işğal altında qalan Hacıqabul-Bəhrəmtəpə-Mincivan yolu var idi ki, 118 km olan bu yolun da yenidən qurulması istiqamətində layihələndirmə işlərinə artıq başlanılıb. Layihə yekunlaşdıqdan sonra baxılacaq və qərar qəbul edildikdən sonra qısa müddət ərzində orada da işlərə başlanılacaq”.

"Yolun bir il yarım müddətində inşası nəzərdə tutulsa da, bu o demək deyil ki, bu müddət ərzində həmin istiqamətə gediş-gəliş olmayacaq. Xeyr, yolun inşası zamanı iki zolaq tam yekunlaşdıqdan sonra nəqliyyat vasitələrinin hərəkəti üçün şərait yaradılacaq”,- deyə AAYDA rəsmisi sonda qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, bu yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan 90-cı illərdə urbitit yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı - İlham Əliyev
10:12 18.06.2026
Ermənistan 90-cı illərdə urbitit yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı - İlham Əliyev
Azərbaycan əhalisinin sayı artıb
10:08 18.06.2026
Azərbaycan əhalisinin sayı artıb
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
10:03 18.06.2026
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
Acunundan ayrılan xanımı yenidən ərə gedir
10:03 18.06.2026
Acunundan ayrılan xanımı yenidən ərə gedir
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
09:58 18.06.2026
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
09:56 18.06.2026
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
09:48 18.06.2026
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
09:47 18.06.2026
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
09:44 18.06.2026
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
09:43 18.06.2026
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
09:42 18.06.2026
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
09:39 18.06.2026
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
09:36 18.06.2026
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
09:34 18.06.2026
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
09:31 18.06.2026
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır
09:29 18.06.2026
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır