Sutka ərzində atəşkəs rejimi 30 dəfə pozuldu

Sutka ərzində atəşkəs rejimi 30 dəfə pozuldu
Bütün Xəbərlər
10:00 03.11.2014
514
Cəbhədə bu gecə də silah səsləri eşidilib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 30 dəfə pozulub.Erməni silahlı bölmələri Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
OXŞAR XƏBƏRLƏR