Söyün Sadıqov ‘AzerRos’dan gedir

Söyün Sadıqov ‘AzerRos’dan gedir
Bütün Xəbərlər
18:47 14.12.2012
1365

Ona Rusiya Milli Birlik Partiyasına rəhbərlik etmək təklif olunub

Söyün Sadıqov “AzerRos”dan gedir. Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos” FMMM) prezidenti bunu APA-nın Moskva müxbirinə açıqlamasında deyib. O bildirib ki, Rusiya prezidentinin seçkiqabağı kampaniyasında, milli və iqtisadi blokunda iştirak etmək tapşırığı alıb: “Bundan başqa, mənə Rusiya Milli Birlik Partiyasının qurultayını keçirmək və bu partiyaya rəhbərlik etmək təklif olunub”. S.Sadıqov qeyd edib ki, bu səbəbdən “AzerRos”a çox vaxt ayıra bilməyəcək: “Ona görə də, bu təşkilatdan getməyimlə bağlı qərar vermişəm”. S. Sadıqov həmçini onu da deyib ki, Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndələri ilə görüşündə iştirak etməməsi barədə yazılanlar həqiqəti əks etdirmir: “Vladimir Putinin səlahiyyətli nümayəndələri ilə görüşdə iştirak etmişəm. Hətta televiziya kanalları da məni göstərib. Rusiyanın xalq artisti Nadejda Babkina ilə yan-yana oturmuşduq”.

OXŞAR XƏBƏRLƏR