Söyüş üstə tanışını qanına qəltan edən şəxsə cəza verildi

KRİMİNAL
15:56 15.11.2013
1597

Gəncə Ağır Cinayətlər Məhkəməsində şəhər sakini İlham Əlizadənin məhkəməsi başa çatıb.

AZXEBER.COM-un məlumatına görə, məhkəmənin hökmü ilə İ.Əlizadə elan olunan ittihamla təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, təqsirləndirilən şəxs bu ilin aprel ayının 27-də kafedə düşən mübahisə zamanı onu söyən tanışı Abbas Xəlilovun qarın nahiyəsinə bir neçə zərbə vurub.Yaralının həyatını həkimlər xilas edə bilib.

OXŞAR XƏBƏRLƏR