“Sözün hekayəsi”: Növbəti Vaqif Poeziya Günləri şairin doğulduğu Qazax rayonundan başlayıb

“Sözün hekayəsi”: Növbəti Vaqif Poeziya Günləri şairin doğulduğu Qazax rayonundan başlayıb
SOSİAL
22:24 16.07.2026
844
Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə iyulun 16-dan 18-dək növbəti Vaqif Poeziya Günləri keçiriləcək.

AZXEBER.COM xəbər verir ki, "Sözün hekayəsi” şüarı ilə təşkil olunacaq tədbirlər Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair və dövlət xadimi Molla Pənah Vaqif irsinin yaşadılması, milli ədəbi dəyərlərin qorunması, eləcə də müasir ədəbi proseslərin inkişafına töhfə vermək məqsədi daşıyır.

Poeziya bayramı iyulun 16-da M.P.Vaqifin doğulduğu Qazax rayonundan başlayıb. İyulun 17-də isə mədəniyyət paytaxtımız Şuşa şəhərində keçiriləcək.

Tədbir iştirakçıları əvvəlcə Qazax şəhərinin mərkəzində Fəxri Qazaxlılar parkında Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin heykəli önünə gül dəstələri düzərək dahi şairlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Qazax Ədəbiyyat Muzeyinin akt zalında davam etdirilən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal Vaqif Poeziya Günlərinin əsasının Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulduğunu bildirib. Qeyd edib ki, məhz həmin tarixdə Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evi açılıb, Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar verilib. Şair qeyd edib ki, 1991-ci ilə qədər hər il təşkil olunan bu poeziya bayramı Qazaxdan başlayır və Şuşada başa çatırdı. Şuşa işğal altında olduğu dövrdə Vaqif Poeziya Günləri Qazaxda keçirilib. O, çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı Qələbəsi nəticəsində Şuşa şəhəri işğaldan azad olunduqdan sonra Vaqif Poeziya Günlərinin yenidən Azərbaycanın mədəniyyət paytaxtında keçirilməyə başlandığını vurğulayıb.

B.Vüsal qeyd edib ki, poeziya günləri çərçivəsində M.P.Vaqifin yaradıcılığına və Azərbaycan klassik poeziyasına həsr olunmuş bədii kompozisiyalar, musiqi proqramları təqdim ediləcək və ədəbi tədbirlər keçiriləcək. Builki poeziya günlərində yeniliklər də olacaq, "Kitab dayanacağı” köşkü istifadəyə veriləcək. Eyni zamanda, TÜRKSOY-un tərəfdaşlığı ilə II Türk Dünyası Gənc Şairlər Festivalı Şuşada təşkil olunacaq. Bundan əlavə, Xalq şairləri Sabir Rüstəmxanlı, Vahid Əziz və Ramiz Rövşən ilə oxucu görüşləri, "Sözün gülüşü – Şuşa hekayələri” adlı teatral kompozisiya da proqramda yer alıb. Vaqif Poeziya Günlərinin son günü silsilə tədbirlərlə yadda qalacaq. Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş "Sözün Xaqanı – Xəlqaniyəm, Xəlqani” mövzusunda elmi konfrans keçiriləcək, Məhəmmədhüseyn Şəhriyarın 120 illiyinə ithaf olunan "Sözün həsrəti – "Heydərbabaya salam” bədii-musiqili kompozisiyası təqdim ediləcək. Poeziya günləri "Sözün Zəfəri – Zəfərin sədası” adlı möhtəşəm konsert proqramı ilə yekunlaşacaq. Silsilə tədbirlər "Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında ədəbiyyatın inkişafı ilə bağlı prioritet istiqamətlər kontekstində xüsusi əhəmiyyət kəsb edir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu cür tədbirlərin keçirilməsinin ənənə halını aldığını qeyd edib. O vurğulayıb ki, 6 ildir azad Qarabağımızda, doğma Şuşamızda Vaqif Poeziya Günləri keçirilir. Dördüncü ildir ki, Vaqif Poeziya Günləri şairin doğulduğu Qazaxdan başlayır. Bu, qazaxlılar üçün qürurvericidir.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov M.P.Vaqifin yaradıcılığından, Azərbaycan ədəbiyyatına bəxş etdiyi saysız-hesabsız söz incilərindən bəhs edib. O, Vaqif Poeziya Günlərinin şairin doğma yurdunda və Şuşada keçirilməsinin təsadüf olmadığını qeyd edib. Nazir müavini çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərindən, mədəni irsimizin, mədəniyyət ocaqlarının bərpası istiqamətində həyata keçirilən tədbirlərdən də söz açıb.

AYB-nin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi bildirib ki, Vaqif Poeziya Günlərinin keçirilməsində məqsəd təkcə şeirlər səsləndirmək deyil, eyni zamanda, şairin yaradıcılığına qayıtmaq, öyrənmək, onu gələcək nəsillərə tanıtmaq və ötürməkdir.

Ağstafada "Hüseyn Arif ədəbi məclisi”nin rəhbəri, şair Saqif Qaratorpaq, AYB üzvü, şair Rəfail İncəyurd çıxış edərək Vaqif Poeziya Günlərinin keçirilməsinin əhəmiyyətindən söz açıblar.

Bayram tədbiri bədii hissə ilə davam etdirilib.

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı