Türkiyədə Azərbaycanlı iş adamından 6 milyon dollar istəyən dəstə tutulub - FOTO

Bütün Xəbərlər
11:57 08.01.2011
1953

İstanbulda azərbaycanlı iş adamını təhdid edib 6 milyon dollar istəyən 5 şübhəli şəxs eyni saatda həyata keçirilən əməliyyatlar zamanı həbs olunub. Araşdırma zamanı onların azərbaycanlı iş adamının ortağı olan Vedat Turanı iki ay əvvəl öldürdükləri məlum olub. 
Türkiyə mətbuatının məlumatına görə, Azərbaycanda tikinti və tekstil işləri ilə məşğul olan iş adamı Cavid Sadıqov tərəfdaşı Vedat Turanın ortadan yox olmasından və tanımadığı bir şəxsin də özünü vəkil kimi təqdim edərək onu ölümlə təhdid etməsi və 6 milyon dollar tələb etməsindən narahat olaraq şəhər prokurorluğuna üz tutub. 
C.Sadıqov bildirib ki, özünü vəkil olaraq tanıdan adamdan sonra başqa biri də ona zəng edərək "İş yerini, yoldaşının və uşaqlarının gəlib getdiyi ünvanları, hətta məktəblərini bilirik. İstənilən məbləği ödəməsən səni də ortağın kimi öldürəcəyik” deyərək onu hədələyib. 

Məhz bundan sonra respublika prokurorluğunun göstərişi ilə polis əməliyyata başlayıb. İstanbul, Bursa və Kocaeli şəhərlərində keçirilən əməliyyat nəticəsində 5 nəfər tutularaq istintaqa təhvil verilib. 

Qeyd edək ki, Cavid Sadıqovun ortağı, Vedat Turanın cəsədi ötən il noyabr ayında İzmitin Yalova ilə sərhədində tapılmışdı. 
Hazırda hər iki fakt üzrə araşdırmalar aparılır. //Ans Press

 

OXŞAR XƏBƏRLƏR