Trend-in məlumatına görə, Türkiyənin Baş Naziri Rəcəp Tayyip Ərdoğan bu gün parlament seçkilərində səs verib. Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.
X X X
Trend-in məlumatına görə, Türkiyə prezidenti Abdullah Gül, ölkənin birinci xanımı Xeyrunnisa Gül bu gün parlament seçkilərində səs verib. Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.
---------- 12:43
Trend-in məlumatına görə, Türkiyədə müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu bu gün parlament seçkilərində səs verib.
Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.
------- 10:32
12 iyun yerli vaxtla saat 07:00-da Türkiyədə parlament seçkiləri başlayıb.
Trend-in məlumatına görə, parlament seçkilərində 15 siyasi partiya iştirak edir. Onlardan 7,5 min namizəd, 203 nəfər isə müstəqil namizəd kimi irəli sürülüb.
Birpalatalı Türkiyə parlamentinə ümumilikdə 550 nəfər seçiləcək. Bu seçkilərdə başlıca rəqiblər Baş nazir Rəcəb Tayyib Ərdoğanın lideri olduğu hakim Ədalət və İnkişaf Partiyası, müxalif Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası olacaq.
Ərdoğanın partiyası 2002-ci ilin noyabrından ölkədə hakimiyyətdədir. 2007-ci iyununda keçirilən sonuncu parlament seçkilərində o, seçicilərin təxminən 47 faizinin səsini toplayıb və təkpartiyalı hökuməti formalaşdırıb. Seçkilərdə ümumilikdə 50 milyon Türkiyə vətəndaşı iştirak edir.
Milli Məclisin nümayəndə heyəti Türkiyədə keçiriləcək parlament seçkilərini müşahidə edəcək. Nümayəndə heyətinin tərkibində deputatlar Qənirə Paşayeva və Rafael Hüseynov var.
Türkiyədə keçiriləcək parlament seçkilərini ATƏT və Avropa Şurasının nümayəndə heyətləri də müşahidə edəcək.