Tələbə Baharı davam edir

GƏNCLİK
05:34 31.05.2011
2177
Dünən – 30 may 2011-ci il tarixində xarici tələbələr üçün bədii-əyləncəli gecə təşkil edilmişdir. Gənclərin təmsil etdikləri ölkələrin milli musiqiləri səsləndirilən gecədə iştirak edən gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd etmişdir ki, Azərbaycanda tələbələrin hər tərəfli inkişafı üçün hər cür şərait var. “Festivalın artıq 6 il keçirilməsi və bu il festivala MDB ölkələrinin istedadlı tələbələrinin qatılması bunun bariz nümunəsidir” deyə İ.Babayev bildirdi.

Bədii gecədən sonra bütün qonaqlar Yanar dağa çay süfrəsinə dəvət olundular.

Qeyd edək ki, festivalın qala konserti may 31-i saat 17:00-da Akademik Milli Dram Teatrında keçiriləcək.

OXŞAR XƏBƏRLƏR