Tacikistan parlamenti Qırğızıstanla dövlət sərhədi haqqında sazişi ratifikasiya edib.
Bu barədə TASS-a parlamentin aşağı palatasından məlumat verilib.
Bu saziş ölkələr arasında mübahisəli ərazilər barədə təxminən 23 il davam edən danışıqlardan sonra martın 13-də Bişkekdə Tacikistan və Qırğızıstan prezidentləri Emoməli Rəhmon və Sadır Japarov tərəfindən imzalanıb.
Qırğızıstan və Tacikistan arasındakı sərhədin uzunluğu təxminən 980 km təşkil edir, o cümlədən mürəkkəb dağlıq relyefə malik ərazilərdən keçir.