Tailandda koronavirusun “delta+” ştamı aşkarlandı

DÜNYA
18:45 27.10.2021
174
Tailandda koronavirusun "delta+” ştamı aşkarlanıb.

Koronavirusun bu yeni ştamına ilk yoluxma halı ölkə hökumətinin noyabrın 1-dən Banqkok şəhəri və 16 vilayəti beynəlxalq səyahətçilərin üzünə açmaq planlarına təsir etmir.

Krallığın Səhiyyə Nazirliyinin nümayəndəsi Marati Nalita Andamo bildirib ki, ştam tam sağalmış xəstədən götürülmüş nümunələrdə aşkarlanıb.

Xatırladaq ki, noyabrın 1-dən etibarən 46 ölkə və ərazidən olan peyvəndlənmiş turistlər karantinə salınmadan Tailanda səfər edə biləcəklər.
 
///Report

OXŞAR XƏBƏRLƏR