AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, taksi sürücüləri isə nəqliyyat avtomobillərinə taksometr quraşdırılmasına ehtiyac olmadığını deyirlər.
Nəqliyyat eksperti Aslan Əsədov deyir ki, taksometrin quraşdırılması sərnişin hüquqlarının qorunması üçün əsas amildir. Belə ki, bu cihazın olduğu avtomobildə sərnişindən gedilən məsafənin ödənişindən artıq vəsait tələb edilə bilməz.
Maraqlıdır, bəs taksometrin bir çox üstünlüyü olduğu halda niyə Azərbaycanda aktiv istifadə olunmur?











































