TANAP və TAP layihəsi beynəlxalq dəstək qazanıb

TANAP və TAP layihəsi beynəlxalq dəstək qazanıb
İQTİSADİYYAT
00:56 09.10.2013
1919
ARDNŞ-nin baş ofisində Almaniya nümayəndə heyəti ilə görüş olub. Şirkətin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov qonaqları səmimi salamlayaraq, Azərbaycanla Almaniya arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, belə görüşlərin ölkələr arasında münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd etmişdir.ARDNŞ-dən verilən məlumata görə, səmimi qəbul üçün təşəkkürünü bildirən Almaniya Bundestaqının və Avropa Şurası Parlament Assambleyasının keçmiş üzvü Eduard Lintner bildirmişdir ki, nümayəndə heyətində Avropa Parlamentində Almaniya Federativ Respublikasını təmsil edən deputatlar, Almaniyanın federal və torpaq parlamentlərinin deputatları, habelə nüfuzlu ictimai-siyasi xadimlər, hüquqşünaslar və jurnalistlər təmsil olunurlar. ARDNŞ-nin vitse-prezidenti Elşad Nəsirov Azərbaycanda neftçıxarma işinin zəngin tarixə malik olduğunu, Bakı neftçilərinin dünya neft sənayesinin inkişafına əvəzsiz töhfələr verdiyini diqqətə çatdırmış, bildirmişdir ki, dünyada sənaye üsulu ilə ilk neft quyusu ölkəmizdə qazılmış, neftin tankerlərlə, dəmir yolu ilə, boru kəmərləri ilə nəql edilməsinə, emal olunmasına, sahildə, açıq dənizdə, Xəzərin dərinsulu hissələrində neft yataqlarının kəşfiyyatına və istismarına ilk dəfə Azərbaycanda başlanılmışdır. Qeyd olunmuşdur ki, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən yeni neft strategiyası çərçivəsində həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr üzrə böyük nailiyyətlər qazanılmış, qısa bir müddətdə şaxələndirilmiş ixrac boru kəmərləri sistemi yaradılmışdır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum əsas ixrac qaz boru kəmərləri hazırda region və Avropa Birliyi ölkələrinin etibarlı enerji təchizatında əhəmiyyətli faktora çevrilmişdir.Ötən dövr ərazində neft-qaz sənayesi böyük inkişaf yolu keçmiş, bu sektorda tətbiq edilən yeni texnika və texnologiyalar karbohidrogen hasilatında artıma səbəb olmuşdur. Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın təbii qaz ixracatçısı olaraq verəcəyi töhfələrdən söz açan ARDNŞ rəsmisi qeyd etmişdir ki, “Şahdəniz” yatağının işlənilməsi ölkəmizin dünyada təkcə neft ixracatçısı kimi deyil, həmçinin təbii qaz istehsalçısı kimi tanınmasını təmin etmişdir. Azərbaycan qazının Avropa ölkələrinə nəqli məqsədi daşıyan TANAP və TAP layihələrinin beynəlxalq dəstək qazandığı vurğulanmış, artıq “Şahdəniz-2” layihəsi üzrə çıxarılacaq qaz həcmlərinin alıcıları olacaq Avropa şirkətləri ilə müqavilələrin imzalandıığı qonaqların diqqətinə çatdırılmışdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
15:03 22.09.2026
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
14:46 22.09.2026
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
14:42 22.09.2026
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
14:41 22.09.2026
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
14:26 22.09.2026
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
14:26 22.09.2026
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
14:18 22.09.2026
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
14:03 22.09.2026
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU
13:44 22.09.2026
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU
Bakıda havanı toz basıb: Səbəbi nədir?
13:32 22.09.2026
Bakıda havanı toz basıb: Səbəbi nədir?
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovla bağlı qərar verildi
13:27 22.09.2026
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovla bağlı qərar verildi
Emin Əmrullayev rəqəmsal təhsillə bağlı tədbirdə çıxış edib
13:07 22.09.2026
Emin Əmrullayev rəqəmsal təhsillə bağlı tədbirdə çıxış edib
Sabah hava necə olacaq?
13:05 22.09.2026
Sabah hava necə olacaq?
Məşhur klinika 26 min manat cərimələndi - RƏSMİ
13:03 22.09.2026
Məşhur klinika 26 min manat cərimələndi - RƏSMİ
Bir maaşla dolanmaq çətinləşib – İnsanlar niyə iki işdə işləyir?
12:50 22.09.2026
Bir maaşla dolanmaq çətinləşib – İnsanlar niyə iki işdə işləyir?
Deputat tikinti şirkətlərini tənqid etdi: “Gecə saatlarında tikinti aparılmasın”
12:49 22.09.2026
Deputat tikinti şirkətlərini tənqid etdi: “Gecə saatlarında tikinti aparılmasın”