Tanınmış aktrisanı maşın vuraraq öldürdü

DÜNYA
08:35 14.12.2012
1920
Türkiyənin “Yeşilçam” dövrünün tanınmış müğənni və aktrisası Nilgün Atılgan vəfat edib. Hadisə aktrisanın qonaq getdiyi Antalya şəhərində baş verib. Türkiyə mətbuatının yaydığı məlumata görə, 57 yaşlı aktrisa avtomobil yolundan keçərkən onu maşın vurub. Ağır yaralanan Nilgün Atılqan xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Qohumlarının verdiyi məlumata görə, aktrisa evdən siqaret almaq üçün çıxıbmış. “Mən ona "sən evdə otur, siqareti mən alaram" dedim. O isə, “yağış səpələyir. Belə yağışda saçlarımın islanması xoşuma gəlir” – deyərək özü getdi. Bir azdan qəza xəbəri gəldi”.Qeyd edək ki, aktrisalıqla yanaşı müğənni kimi də fəaliyyət göstərən Nilgün Atılgan 1970-ci illərdə “Sana Bir Buse Vermedim Diye”, “Nerden Çıktın Karşıma”, “Çek Kayıkçı Kürekleri” kimi mahnılarla məşhurlaşıb. Dövrünün Kadir İnanır, Salih Güney, Fikret Hakan kimi məşhur aktyorları ilə tərəf müqabili olaraq 10-a yaxın filmdə çəkilən Nilgün Atılqan əsasən Tarık Akan və Gülşən Bubikoğlu ilə baş rol oynadığı “Ah nerede” filmi ilə şöhrət əldə edib.Allah rəhmət eləsin!

OXŞAR XƏBƏRLƏR